Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyanın parlamentin istintaq komissiyasındakı çıxışı siyasi təlxəklikdir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
“Bu, ən çox yayılmış siyasi təlxəklik sayılır. Bu, satqın və təslimçi damğasını öz alnından silmək cəhdi idi. Ancaq bu cəhd sadəcə rüsvayçı damğanın ölçüsünün artmasına səbəb oldu. 2020-ci il müharibəsindən sonra Nikol Paşinyan heç bir qüvvəsini əsirgəmədən günahkarları təyin edir”, - deyə o, bildirib.
“Məlum bir həqiqət: Qələbənin min atası var, məğlubiyyət isə həmişə yetimdir. Paşinyan daha da irəli gedərək məğlubiyyəti kiminsə üzərinə atmaq qərarına gəldi. O, məğlubiyyətə görə Adəm və Həvvadan tutmuş Ermənistanın müxalifətinə və müttəfiqlərinə qədər hamını günahlandırmağa hazırdır”, - deyə, Şarmazanov söyləyib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ