İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb

İran tərəfindən həyata keçirilən hücum nəticəsində İsrail ərazisində xəsarət alanların sayı artaraq 16 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin milli təcili tibbi yardım xidməti olan “Magen David Adom” – “Davidin Qırmızı Qalxanı” rəsmi şəkildə yayıb.

Xəbərə görə, İranın atəşi nəticəsində bir neçə yaşayış məntəqəsinə zərbələr endirilib və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Təcili tibbi yardım qrupları hadisədən dərhal sonra əraziyə cəlb olunaraq 16 zərərçəkmişi müxtəlif xəstəxanalara təxliyə ediblər.

“Magen David Adom”un verdiyi məlumata əsasən, yaralılardan birinin vəziyyəti həkimlər tərəfindən orta ağır olaraq qiymətləndirilib. Digər şəxslərin sağlamlıq vəziyyəti isə qənaətbəxş hesab olunur. Zərərçəkənlərin arasında müxtəlif yaş qruplarından olan insanlar da yer alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR