Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hökumət rəsmiləri Qarabağda həll yolları axtarmaq əvəzinə öz təhlükəsizlik problemlərini həll etməklə məşğuldur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
“Aldığımız məlumata əsasən, yüksək rütbəli dövlət məmurları artıq hökumət bağlarını tərk ediblər. Kişilər Nikol Paşinyanla birlikdə Müdafiə Nazirliyinin bunkerinə, qadın və uşaqlar isə başqa mənzillərə köçürülüb. Dəqiqləşdirilmiş informasiyaya görə, Paşinyanın ailəsi Göyçə gölü ətrafındakı bağ evinə gedib”, - deyə sayt qeyd edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ