İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qarabağ açıqlaması

“Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.

Musavat.com bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, aprelin 16-da yerli jurnalistlərlə söhbətində müxalifətin və Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Qarabağ səhifəsinin bağlanmaması və bu məsələnin siyasi gündəmə qaytarılması ilə bağlı bəyanatları barədə sualları cavablandırarkən yuxarıdakı mövqeyini açıqlayıb.

“Mən bu bəyanatlara hələ onlar verilməmişdən əvvəl cavab verdim və dedim ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”, - Paşinyan əlavə edib.

O, Serj Sərkisyanın hakimiyyəti ələ keçirməsi ilə bağlı açıqlamasına da münasibət bildirib.

“Qoy Sərkisyan baxsın, o zaman nə deyib” – deyə hökumət başçısı yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR