İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan iddia: Ermənistanda seçki saxtakarlığı ifadəsi tarixə qovuşub

 

“Biz 7 il əvvəl demokratiya gündəmimizdə olanları qeyd etməliyik. Qeyd etməliyəm ki, Ermənistanda demokratiya baxımından xeyli dəyişikliklər baş verib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən İrəvanda keçirilən forumda səslənib.

“Məsələn, Ermənistanda “seçkilərin saxtalaşdırılması”, “seçkilərin nəticələrinin saxtalaşdırılması” ifadələri artıq tarixi janrda təsnif edilir. Bu, çox vacibdir. Yol onilliklər ərzində bərbad vəziyyətdə olanda və birdən-birə əsaslı təmirə məruz qalanda bu, insanlar üçün cəmi bir həftəlik xəbərdir, ondan sonra bu, adi hala çevrilir...”,-deyə erməni baş nazir bildirib.

Paşinyan bundan başqa Ermənistanda mətbuata heç bir təzyiqin olmadığını iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR