Onlayn ictimai-siyasi qəzet
Ermənistanın “Fly Arna” milli aviadaşıyıcısı layihəsi iflasa uğrayıb.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı parlamentdə baş nazir Nikol Paşinyan açıqlayıb: “Etiraf edirəm ki, bu layihə uğursuzluğa düçar oldu. Hazırda hüquqi proseslər gedir və lazım gələrsə, cinayət məsuliyyətinə hüquqi qiymət veriləcək. Təəssüf ki, aviaşirkətin gələcək fəaliyyəti nikbinlik yaratmır".
Əvvəllər aviaşirkət təyyarə çatışmazlığı səbəbindən lisenziyasını 6 ay müddətinə itirmişdi. “Fly Arna” yanvar ayında əməliyyat dəyişiklikləri ilə əlaqədar uçuşları dayandırıb.
Aviaşirkət 2021-ci ilin sentyabrında yaradılıb. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın Dövlət Maraqları Fondu tərəfindən təsis edilib. O, Rusiya da daxil olmaqla bir sıra istiqamətlərə uçuşlar həyata keçirib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ