Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin ildönümü ilə bağlı videopaylaşım edib.
Musavat.com xəbər verir ki, Azərbaycan torpaqlarında ölən işğalçı erməni ordusu mənsublarına salınmış xiyabanda həyat yoldaşı Anna ilə birlikdə məzarların önündə diz çökən Paşinyan paylaşdığı videoya həzin musiqi və mətn də əlavə edib.
Mətndə yazılıb: "Müstəqilliyin ilk günlərindən ətrafımızda baş verənləri yalnız 44 günlük müharibədən sonrakı illərdə tam və dərindən kəşf etdik. Üstəlik, üzə çıxanı hələ həzm etməliyik, hələ də dərk etməliyik, hələ də düzgün nəticə çıxara bilməliyik ki, bu da asan deyil. Ağrı çox böyükdür, duyğular çox sıxdır və beləliklə, soyuq mühakimə və təhlil üçün yer çox kiçikdir".
Daha sonra Paşinyan yazır ki, 44 günlük müharibədən sonra onun üçün nəticə birdir. Həlak olanlar onlara (ermənilərə) dövlət sahibi olmaq üçün yeni bir fürsət açıb.
Sitat: "Biz Müstəqilliyi əldə etdikdən dərhal sonra (özümüz də bilmədən) o fürsəti itirməyə başladıq, 1999-cu ilin 27 oktyabrından sonra isə (Ermənistan parlamentinə silahlı hücumu nəzərdə tutur - Musavat.com), deyəsən, geri qaytarılmayacaq şəkildə itirdik. Şəhidlər (Paşinyanın yazdığı mətndə tərcümə bu ifadəni verir. Amma işğalçıdan şəhid olmaz, cəsəd olar - Musavat.com) bizim üçün yeni fürsət yaratdılar..."
Paşinyanın bu mesajından bir nəticə çıxır: "Dəmir qapaz" dəyəndən sonra ağlımız başımıza gəlib və Ermənistan dövlətinin qədrini bilməyə başlamışıq..."
Paşinyan açıq mesaj verir: onun üçün əsas olan Ermənistan dövlətinin mövcudluğu, onun qorunmasıdır. Qarabağda qurulan qondarma və cinayətkar rejim onu heç ilgiləndirmir...
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ