İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan sayəsində müharibə Ermənistana keçib” - Rüstəmyan

“Hazırkı iqtidar sayəsində Rusiya ilə birləşmiş Qərb arasında savaş Ermənistana keçib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində “Hayastan” blokundan olan deputat Armen Rüstəmyan deyib.

“Biri deyir: ya sən mənimləsən... və o biri deyir: əgər mənimlə deyilsənsə, səninlə işim yoxdur. Mənimlə deyilsənsə, o zaman qarşı tərəfdəsən. İndi Ermənistan özü üçün dağıdıcı situasiya ilə üzləşib - bu gün biz bunu görürük”, - deyə Rüstəmyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR