Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda təqaüdçülərin Rusiya, Ukrayna və Moldovadan daha yaxşı yaşaması ilə bağlı məlumatlar sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə səbəb olub. Çünki hansı ölkələrlə müqayisə edirsən et, reallıqda erməni təqaüdçülərə verilən pul heç nəyə yetmir”. Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Novaya vremya” nəşri yazır.
Bildirilir ki, son statistik məlumatlara görə, Ermənistanda aylıq ərzaq səbəti 41 657 dram (təxminən 107 dollar) təşkil edir və gündəlik qida rasionuna çörək (200 qram), un (20 qram), makaron (15 qram), dənli bitkilər (50 qram), ət (100 qram), süd (0,2 litr), kəsmik (10) qram), kərə yağı (20 qram), pendir (20 qram), kartof (250 qram), tərəvəz (300 qram), meyvələr (200 qram), şəkər (50 qram), yumurta (0,5 əd.), bitki yağı (20) qram), marqarin (10 qram), balıq (30 qram) təşkil edir. “Lakin hökumət fəxrlə bəyan edir ki, minimum istehlak səbəti ayda 77,065 dramdır. Bura yuxarıda göstərilən ərzaq məhsulları ilə yanaşı, siqaret, alkoqollu və alkoqolsuz içkilər, benzin, dizel yanacağı və elektrik enerjisi xərcləri də daxildir. Kommunal xidmətlərin - elektrik enerjisi, səhiyyə, mobil rabitə, internet xərcləri yüksək olaraq qalır, Yeni ildən sonra isə ictimai nəqliyyat da bahalaşacaq. Tənha təqaüdçü Razmik Atanesyan deyib ki, qış aylarını qış yuxusunda olan ayı kimi yorğan altında keçirir, çünki istilik üçün pul ödəməyə belə maddi imkanı yoxdur”. Alternativ” elmi-tədqiqat mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Tatul Manaseryan isə deyib ki, bu məbləğlər hətta bir həftəlik yemək almaq üçün kifayət etmir. “Mən çox istərdim ki, həm yüksək maaş, həm də əsassız bonuslar alan hər hansı bir məmura bu məbləğə bir ay yaşamaq təklifi verilsin . Bu gün erməni ailələrinin ailə büdcəsinin 65 faizi ərzağa xərclənir ki, bu da fəlakətli göstəricidir. Çiçəklənən ölkələrdə ailənin ərzaq xərclərinin faizi ümumi büdcənin 25 faizindən çoxunu təşkil edirsə, o zaman belə ailələr sosial müdafiə və ya müavinət siyahılarına düşür. Kommunal xərcləri ödədikdən sonra (30 faiz) nadir hallarda paltar, ayaqqabı, gigiyena məhsulları, məişət əşyaları, mədəni istirahət və ya əyləncə üçün praktiki olaraq pul qalmır. Yeri gəlmişkən, əlverişli iqtisadi vəziyyətə və yüksək gəlir səviyyəsinə malik ölkələrdə ərzaq xərcləri digər xərclərə nisbətən yüksək deyil və ümumi ailə xərclərinin 15 faizindən çoxunu təşkil etmir. Bu ölkələrin sakinləri pullarının qalan hissəsini əyləncəyə, səyahətə, təhsilə, kafe və restoranlara baş çəkməyə, məişət əşyalarına, avadanlıqlara, mədəni istirahətə, əyləncəyə xərcləyirlər. Təəssüf ki, bu, erməni təqaüdçülər üçün mümkün deyil. Bəlkə də buna görədir ki, bu gün pensiya yaşında olan həmvətənlərimiz xaricə getmək arzusundadırlar. Amma indi Rusiyaya yox, uzaq xarici ölkələrə”.
Ermənistanda sosial vəziyyətin pisləşməsi fonunda isə Nikol Paşinyan iqtidarı gəlin ilin hərbi xərclərini artırıb ki, bu ÜDM-in 6%-ni təşkil edəcək ki, 2024- cü illə müqayisədə 0,7% çoxdur.
Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyanın parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, ümumilikdə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək ki, bu da hazırkı rəqəmlərdən 20% çoxdur.
Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.
Yeri gəlmişkən, gələn il ümumi əsaslı məsrəflər ÜDM-in 6,6 faizini təşkil edəcək ki, bu da cari ilin göstəricisindən 0,6 faiz çoxdur. Mütləq rəqəmlərlə onlar 733,2 milyard dram (təqribən 1 milyard 889 milyon dollar) təşkil edəcək.
Hovhannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.
Musavat.com
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ