İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qərbi Azərbaycan məsələsindən yayınmağa çalışır

 

Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə edilməsinə dair 12 təklifini dərc edib.

Musavat.com bildirir ki, Ermənistanın baş naziri bu barədə sosial media hesabında paylaşım edib.

Digər təkliflər arasında silahlara qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılması, döyüşkən ritorikadan imtina və sülh müqaviləsinin imzalanması ilə “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi daxildir.

Ermənistanın baş nazirinin fikrincə, Azərbaycanın iki hissəsi arasında Ermənistan ərazisindən keçən kommunikasiya məsələləri (və əksinə) və iki ölkədən olan qaçqınların problemləri bütövlükdə nəzərə alınmaqla, bu çərçivədə həll edilə bilər. Həmçinin bu məsələyə ekspert komissiyalarının cəlb edilməsini də zəruri sayır.

Ümumilikdə N.Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır.

Xüsusilə ona görə ki, Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı “tövsiyə” edir. Eyni zamanda Qərbi Azərbaycan dedikdə, Naxçıvanı və digər ərazilərimizi nəzərdə tutduğunu bildirir. Bununla da o, Azərbaycan Prezidentinin Qərbi azərbaycanlılarla görüşüb, onları dinləmək təklifindən yayınmağa cəhd göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR