Onlayn ictimai-siyasi qəzet
Ermənistanda “Qazprom Ermənistan”ın qaz paylama lisenziyası daha bir il, 2026-cı il yanvarın 1-dək uzadılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müvafiq qərar bazar ertəsi Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının iclasında qəbul edilib.
Xatırladaq ki, “Qazprom Ermənistan”ın lisenziyası hər il, o cümlədən 2013-cü ilin dekabrında Rusiya və Ermənistan arasında imzalanmış “Ermənistan Respublikasına təbii qazın nəqlinin qiymətlərinin müəyyən edilməsi qaydası haqqında” dövlətlərarası saziş əsasında yenilənir.
“Qazprom Ermənistan” (Rusiyanın “Qazprom”un 100% törəmə şirkəti) Ermənistanda yeganə qaz təchizatı operatorudur.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ