Onlayn ictimai-siyasi qəzet
“7 rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyat xilas etmiş olardım”.
Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.
O qeyd edib ki, bunu etmədiyi üçün minlərlə itkiyə səbəb olan qərarların müəllifi olub:
“Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə deyir ki, Türkiyənin mütəffiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün böyük təhlükədir”.
Paşinyanın çıxışında 44 günlük müharibəki itkilərindən də danışıb. Onun sözlərinə görə, müharibə zamanı Ermənistan tərəfindən ümumilikdə 3825 nəfər ölüb.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ