İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı gözləyən DƏHŞƏT - İlin sonuna qədər...

Ermənistanda 2024-cü ilin ilk 7 ayı üzrə emal sənayesində qeydə alınan böyük artım qızılın təkrar ixracının statistik təsbitindən başqa bir şey deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hayatsk” analitik mərkəzinin iqtisadçısı Liliya Əmirxanyan danışıb.

Ermənistan Statistika Komitəsinin dərc etdiyi məlumatlara görə, 2024-cü ilin ilk 7 ayında emal sənayesində istehsal 23,6% artıb ki, bu da 1,1 trilyon dram və ya təxminən 2,8 milyard dollar deməkdir. Onun 27,9%-i metallurgiya sahəsinin üzərinə düşür.

Beləliklə, məlum olur ki, emal sənayesinin məcmu artımı müvəqqəti xarici amil (qızılın təkrar ixracı) hesabına baş verib, yerli ənənəvi istehsal sahələri isə mənfi göstəricilər verib.

“Statistikalar, əslində, yalan danışmır, onlar sadəcə olaraq artan reeksport axınlarının rəqəmsal təsbitidir”, - deyə Əmirxanyan qeyd edib.

Onun sözlərinə görə, əgər ilin sonuna kimi Ermənistan yerli malların real istehsalının və ixracının artırılması istiqamətində adekvat addımlar atmasa, bu dəfə rəsmi İrəvanı hətta statistika da qurtara bilməyəcək.

Ermənistanın iqtisad elmləri namizədi, dosent, Avrasiya Ekspert Klubunun üzvü Aqasi Tavadyan da eyni fikirləri səsləndirib. Onun fikrincə, təkrar ixrac nəzərə alınmasa, Ermənistandan gedən ixracatın 11% azaldığı üzə çıxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR