Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan Nazeli Baqdasaryanı Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbər təyin edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.
Qeyd edək ki, Nazeli Baqdasaryan bu ilin yanvar ayına qədər Şirak vilayətinin qubernatoru vəzifəsində çalışıb.
Xatırladaq ki, N.Baqdasaryan Gümrü Ağsaqqallar Şurasının üzvü Arman Baqdasaryanın bacısıdır. Ötən ilin dekabrında bu adam qanunsuz silah saxlamağa görə həbs edilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ