Onlayn ictimai-siyasi qəzet
Tavuş rayonunun Kirants və Ayqepar kəndlərinin sakinləri ilə görüşlər çox əhəmiyyətli idi.
Musavat.com İrəvan mediasına istinadən xəbər verir ki, bunu martın 20-də parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Baş nazir maraqlı bir fakta diqqət çəkib: “Voskepar, Kirants, eləcə də qonşu kəndlərin sakinlərinin narahatlığı haqlıdır. Dediyim odur ki, biz bu problemi həll etməliyik.
Mən özüm bu yolu yüzlərlə dəfə keçmişəm: Kirantsdan Voskepar və Baganisə qədər. Ancaq maraqlıdır ki, 100 dəfə görürsən və çox şey hiss etmirsən, yalnız 101-ci dəfə görürsən. Bu dəfə diqqətimi çəkdi ki, Kirants kəndindən sonra Bağanisə gedən dövlətlərarası yol boyu nə mağaza, nə kafe, nə qonaq evi var.
Sosial şəbəkələrdə bəzi müxalifətçi həmkarların bəzi şərhlərini də oxuyanda məndə belə bir fikir yarandı ki, vəziyyəti belə təqdim etməyə cəhd edilir: hər şey yaxşı idi, bu hakimiyyət gəlib hər şeyi daha da pisləşdirmək istəyir.
Mən bir sual vermək istəyirəm: niyə Kirantsdan Bağanisə gedən dövlətlərarası yolda mağaza, restoran, qonaq evi yoxdur? Bunun bir izahı var - bu gün müzakirə etdiyimiz problem kimin danışıb-danışmamasından asılı olmayaraq bu insanlara məlumdur”.
Paşinyan hakimiyyətin Azərbaycan tərəfindən kəndlərə verilməsi ilə bağlı ittihamlara toxunaraq deyib: “Biz güzəştdən danışanda başa düşməliyik - nəyi güzəşt edirik? Söhbət hansı güzəştdən gedir? Bizim mövqeyimiz belədir: 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiya olunmalı, sonra delimitasiya edilməlidir. Bizim olan bizimdir, bizim olmayan bizim deyil. Biz bu məntiqi rəhbər tutmalıyıq. Bu, Ermənistanın təhlükəsizliyini təmin edən ən mühüm amildir”.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ