İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan necə qəzetə rəhbərlik edirdisə, indi o cür ölkəni idarə edir”

“Sülh müqaviləsinin kimin himayəsi ilə imzalanacağı, Ukraynadakı vəziyyətdən asılı olacaq. Əgər bu, Nikol Paşinyandan asılı olsaydı, o, dünən istənilən şərtlərlə sülh sazişini imzalayardı. Biz sadəcə o mənada şanslıyıq ki, bu Paşinyandan o qədər də asılı deyil”.

Medianews.az xəbər verir ki, bu fikirləri analitik Arqişti Kiviryan bildirib.

O qeyd edib ki, bu regionda öz maraqları olan güclər var və sülh müqaviləsini imzalamaq və ya imzalamamaq onlardan asılıdır: “Nikoldan asılı olsaydı, çoxdan imzalayardı. Biz görürük ki, o, xaricdən irəli sürülən hər şeyi qəbul etməyə hazırdır. Onu yalnız hakimiyyətini qorumaq maraqlandırır.

Bir vaxtlar necə qəzetə rəhbərlik edirdisə, indi o cür ölkəni idarə edir. Nəticədə rəhbərlik etdiyi qəzetə hücumlar oldu, jurnalistlər döyüldü. Bəzən özü də döyüldü. Bütün bunlara baxmayaraq, redaktor statusunu qorumaqla pul qazanırdı. Qalanı onu narahat etmirdi. Kimdən pul alacağı və nə yazacağı da onu maraqlandırmırdı. Pulun olması onun üçün vacib idi. İndi eyni prinsipi ölkəyə tətbiq edir, qalan məsələlər onu maraqlandırmır. Əsas odur ki, hakimiyyətini saxlasın”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR