İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Ermənistana ordu müharibə aləti kimi deyil, sülh üçün lazımdır"

Ermənistanın baş naziri Nikol Paşinyan yerli ermənilər üçün əsas prioritetin dövlətçilik, Ermənistanın müstəqilliyi, suverenlik, vətəndaşlıq, ordu olduğunu bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışında bəyan edib.

“Sonuncu məqamla əlaqədar olaraq, ordu haqqında təsəvvürümüzün dəyişməsi ilə bağlı açıqlama vermək istəyirəm. Ermənistan Respublikasının orduya müharibə aləti olaraq deyil, bütün digər dövlət qurumları kimi sülh üçün ehtiyacı var”,-deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR