Onlayn ictimai-siyasi qəzet
“Planlarımızda erkən seçkilər yoxdur. Və diqqətinizə çatdırmaq istəyirəm ki, növbədənkənar seçkilərə hazırlıqla bağlı həmişə söhbətlər olub, yəni bu, xəbər deyil”.
Musavat.com bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziya Şirkətinə müsahibəsində deyib.
Nikol Paşinyan son vaxtlar sosial şəbəkələrdə fəaliyyətinin səbəbi barədə danışarkən deyib: “Düşünürəm ki, bu, daha çox şəffaflıq təmin etmək və daha çox insanla əlaqə yaratmaq ehtiyacından irəli gəlir. İstənilən bitərəf müşahidəçi görməli idi ki, mən nəinki heç vaxt vətəndaşlarla ünsiyyətdən yayınmamışam, əksinə, mən özüm belə təmasların səbəblərini axtarırdım. Bu isə sadə reallıqdan irəli gəlir - hökumətimizdən və mənim baş nazir olmağımdan, şəcərədən, bir sözlə, demokratiyadan”.
Musavat.com
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ