Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ölkə müxalifətinin birinci siması kimi görünən keşiş Baqrat Qalstanyanla görüşməklə bağlı suallara cavab verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni baş nazirin burada siyasi rəqibini ələ saldığı görünüb.
“Vətəndaşlarla və müxtəlif insanlarla görüşlər keçirirəm, mənimlə görüş prosedurları var, mənimlə görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu pulsuz edə bilərlər”, - deyə Paşinyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ