Onlayn ictimai-siyasi qəzet
"Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, iyunun 13 və 14-də Ermənistan hərbçiləri tərəfindən Azərbaycan mövqeləri atəşə tutulub. Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edib.
Mənbə: TASS
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ