İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan AŞPA-da sülh sazişindən DANIŞDI: "Bu, Azərbaycanın nailiyyətidir" - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması səylərinin əhəmiyyətini bir daha vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə Paşinyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-nə qədər Ermənistan və Azərbaycan bir sıra addımlar ataraq sülhün əldə olunması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəliləyiş əldə ediblər.

Lakin o, ABŞ prezidentinin iştirakı olmadan indiki nəticənin mümkün olmayacağını qeyd edib.

“ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını rəsmiləşdirən bəyannamə qəbul edilib. Prezident Tramp da şahid qismində bu bəyannaməni imzalayıb”, - Paşinyan söyləyib.

Baş nazir sülhü tarixi hadisə adlandıraraq bildirib ki, bu, təkcə Ermənistan hökuməti və xalqının deyil, həm də Azərbaycan hökuməti və xalqının nailiyyətidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR