İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Aİİ sammitinin İrəvanda keçirilməsini qeyri-münasib hesab edirəm”

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali İqtisadi Şurasının iclasının İrəvanda keçirilməyəcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu qərarın İttifaqın bütün üzvlərinin Ermənistan üçün arzuolunan olmaması ilə əlaqədar olduğunu qeyd edib.

Paşinyan parlamentdə çıxışı zamanı belə deyib: "Şəxsən mən sammitin Ermənistanda keçirilməsini qeyri-münasib hesab edirəm, çünki Aİİ-nin Ali İqtisadi Şurasının heç də bütün üzvləri Ermənistan üçün arzuolunan deyil."

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dekabrın 25-də Aİİ-yə sədrlik edən Ermənistanın xahişi ilə Ali Şuranın iclası Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. İclasa Paşinyanın özü sədrlik edəcək.

Bu qərar Ermənistanın təşkilat daxilində mövqeyi və üzv dövlətlərlə münasibətlərinin vəziyyətinə işıq salır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR