İnsanlara hürriyət, millətlərə istiqlal!

Parkinq yeri tapa bilməyənlərin NƏZƏRİNƏ: Yeniləri tikiləcək

Paytaxtın əsas problemi parklanma və tıxacdır. Bakının bir çox küçələrində ödənişli parkinq yerləri yaradılsa da, bu kifayet etmir. 

Bəs həll yolları nədir, çoxmərtəbəli park yerlərinin yaradılması problemdən çıxış yolu ola bilərmi? 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Milli.az-a açıqlamasında bildirib ki, şəhərdə parkinq probleminin əsas səbəbi yaşayış və qeyri-yaşayış mərkəzlərinin bir çoxunun parklanma yerlərinin olmamasıdır. Bu isə digər parklanma məkanlarına tələbat yaradır. Bu kimi parklanma yerlərinin olması biznes kimi də cəlb edicidir. Bu kimi yeni parklanma yerləri sığorta şirkətlərini də özünə maraqlı edəcək. 

Bəs çoxmərtəbəli parklanma yerləri daha çox kimlər üçün nəzərdə tutulub? 

Ekspert bildirib ki, belə parklanma yerləri daha çox riskdən çəkinən və avtomobilini daha uzun müddət saxlamaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu prosesi həm dövlət, həm də sahibkarlar həyata keçirə bilər. Bu dövlət-biznes çərçivəsi əsasında həyata keçirilə bilər. Bu da müəyyən sıxlığın aradan qalxmasına səbəb ola bilər.

Qeyd edək ki, Bakının 2040-cı ilə qədər olan baş planında da yeni yeraltı və çoxmərtəbəli dayanacaqların inşa edilməsi nəzərdə tutulub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR