İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisə uça bilməyən ermənilər Ermənistandan kompensasiya aldı

Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlı saxlamaqda davam edir. Bunu mayın 4-də “Flyone Armenia” şirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan Ermənistan mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, mayın 2-də Türkiyənin qadağası səbəbindən ləğv edilən İrəvan-Paris-İrəvan reysinin 80 sərnişininin yarısı təzminat alıb. “Aviaşirkət qalan sərnişinləri Parisə aparmağa çalışacaq”, - Ananyan əlavə edib.

Xatırladılır ki, Ankara aprelin 29-dan etibarən “Flyone Armenia” şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçmaq üçün əvvəlcədən verdiyi icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qadağanı İrəvanda türklərə qarşı terror aktlarını təşkil və icra edən “Nemesis” əməliyyatı iştirakçılarına abidənin açılması ilə izah edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR