İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə Olimpiada öncəsi evsizlərin çadırları başlarına uçurulur

Bir həftədən sonra Parisdə Yay Olimpiya Oyunlarının açılışı olacaq. Bununla bağlı yerli hakimiyyət orqanları Parisdə “arzuolunmaz elementlərə” qarşı mübarizəni kəskin şəkildə gücləndirib.

Musavat.com xəbər verir ki, bu barədə Bild nəşrinin yaydığı məlumata əsasən evsizlər, narkomanlar və qeyri-qanuni miqrantlar paytaxtdan qovulur, onların çadır şəhərcikləri dağıdılır. Onları avtobusla şəhərdən daha uzağa, məsələn, Bretanya və ya Bordoya aparırlar.

Le Revers de la Médaille insan haqları qrupuna görə, Parisin “sosial təmizlənməsi” 2023-cü ildə başlayıb. O vaxtdan bəri 12 545 evsiz şəhərdən çıxarılıb. Səlahiyyətlilər həmçinin evsizlər üçün qəbul mərkəzlərini, qida paylama məntəqələrini və onlar üçün sığınacaqları bağlayır.

Nəşr bunu “Olimpiadanın ayıbı” adlandırıb, çünki bu insanlara alternativ yaşayış variantları təklif olunmur, əşyaları buldozerlərlə dağıdılıb zibilliyə aparılır. Bundan əlavə, Fransa təhlükəsizlik qüvvələri “heç kimin onları görməməsi ümidi ilə dünya ictimaiyyətinin gözündən uzaqda” gizli fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR