İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistandan olan KİV nümayəndələri Gəncədə səfərdədir - FOTO, VİDEO

Pakistan Respublikasının bir qrup media rəsmisi Gəncə şəhərinə səfər edib.

"TV Müsavat"ın yerli bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində media nümayəndələri Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən hədəfə alınmış yaşayış kompleksini ziyarət edib, dağıntıları öz gözləri ilə görüblər.

Bildirilib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağ məsələsində daima ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Pakistanlı jurnalistlər Gəncədən sonra Ağdama səfər edəcəklər.

İlham Məmmədov, Gəncə

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR