İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda təbii fəlakət 37 CAN ALDI

Pakistanın şimal-qərbində yağan güclü yağışlar nəticəsində yüzlərlə ev uçub.

Musavat.com xəbər verir ki, ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində 37 nəfər həlak olub, 47 nəfər xəsarət alıb.

Güclü yağış və qar yağışı Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva və qərbdəki Bəlucistan əyalətlərində daha təsirli olub.

Hayber Paxtunxva və Bəlucistan əyalətlərində 3 gündür davam edən güclü yağışlar zamanı baş verən binaların uçması və torpaq sürüşməsi nəticəsində 37 nəfər həyatını itirib, 47 nəfər isə yaralanıb.

Pakistan Meteorologiya Müdirliyindən verilən açıqlamada, gələn həftədən etibarən yenə Hayber Paxtunxva, Azad Kəşmir, Gilgit-Baltistan, Bəlucistan və Pəncabda güclü yağışların olacağı açıqlanıb.

Musavat.com

Pakistan'da şiddetli yağışlar can aldı: 37 kişi hayatını kaybetti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR