İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda polis məntəqəsinə hücum - 24 ölü

Pakistanın şimal-qərbində Dera İsmayıl Xan şəhərində yaraqlılar partlayıcı vasitələrlə doldurulan yük maşınını polis məntəqəsinə çırpıblar.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 24 polis əməkdaşı həlak olub, yaralılar var.

Rəsmilər terror hadisəsini "Taliban" qruplaşmasının törətdiyini bildiriblər.

Qeyd edək ki, Dera İsmayıl Xan şəhəri Taliban yaraqlı qruplaşmasının keçmiş sığınacağı olub. 2014-cü ildən Pakistan ordusu orada yaraqlılara qarşı çoxsaylı əməliyyatlar həyata keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR