İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan Ermənistanın təhlükəsizliyindən DANIŞDI - “Problemlər yaradıb...”

“Onilliklər ərzində Ermənistanın təhlükəsizlik strategiyası yalnız bir qütbdən asılı olub və bu, ölkə üçün çoxsaylı problemlər yaradıb”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İrəvanda keçirilən NATO Parlament Assambleyasının “Rouz-Rot” 108-ci seminarında çıxışı zamanı bildirib.

Rubinyan vurğulayıb ki, hazırda bu siyasətin diversifikasiyası üzərində iş aparılır:

“Siyasi, iqtisadi və müdafiə sahələrində əlaqələrin şaxələndirilməsi qonşularla münasibətlərin normallaşdırılmasını, mehriban qonşuluq əlaqələrini və bütün tərəflərlə əməkdaşlığı nəzərdə tutur”.

O qeyd edib ki, balanslaşdırılmış xarici siyasət kontekstində Ermənistan Avropa İttifaqı ilə də geniş iş aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR