Onlayn ictimai-siyasi qəzet
Ankara 2018-ci ildə ABŞ mallarına tətbiq edilən bəzi cavab rüsumlarının qaldırıldığını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu tariflərə avtomobil, meyvə, düyü, tütün, spirt, yanacaq və kimyəvi məhsullar daxildir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər edib. O, BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Türkiyə lideri cümə axşamı Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Tramp daha əvvəl bildirib ki, o, ticarət və müdafiə sahələrində mühüm razılaşmalar əldə etməyi gözləyir.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ