İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Moskvada Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı – “əhəmiyyətli bəyanatlar” gözlənilir

Bu gün, 22 sentyabr 2025-ci il, Rusiya Prezidenti Vladimir Putin Moskvada Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili iclas keçirib.

Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, iclasda dövlət başçısı “əhəmiyyətli bəyanatlar” verəcək.

Məlumatlara görə, toplantı saat 14:30-dan sonra başlayıb. Hazırda iclasın gündəliyi və müzakirə olunan mövzular açıqlanmayıb. Kremlin sözçüsü yalnız onu bildirib ki, prezident yaxın həftələrdə daha çox Moskvada işləyəcək və bölgələrə səfərlərini minimuma endirəcək.

Rusiya mediası yazır ki, operativ xarakter daşıyan bu cür iclaslar adətən ölkənin xarici təhlükəsizliyi, müdafiə məsələləri və strateji istiqamətlərdə mühüm qərarlarla bağlı olur. Ehtimallara görə, prezidentin bəyanatı Ukrayna müharibəsi, NATO ilə münasibətlər və ya nüvə silahlanması ilə bağlı ola bilər. Digər versiyaya görə, Putin daxili siyasətə diqqəti artıraraq regionlarda fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, iclasın detalları hələlik gizli saxlanılır və Kreml yaxın saatlarda prezidentin açıqlamalarını yayımlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR