İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın 34-cü ildönümü: sabiq prezidentlərin ritorikasında köhnə iddialar

Dünən Ermənistanda müstəqilliyin elan olunmasının 34-cü ildönümü qeyd olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu münasibətlə Ermənistanın siyasi rəhbərləri xalqa müraciətlər eidblər. Ənənəvi təbriklər fonunda çıxışlarda həm də daxili siyasi qarşıdurma və ziddiyyətlər əks olunub.

Baş nazir Nikol Paşinyan Armavirdə keçirilən “Festivar” bayram tədbirində çıxış edərək müstəqilliyi “xalqın ‘bəli’si” adlandırıb. O, dövləti “avtomobilə” bənzədərək düzgün idarə etmək üçün beynəlxalq qaydaların öyrənilməsinin vacibliyini qeyd edib. Paşinyan məqsəd kimi “azadlıq, rifah, təhlükəsizlik, sülh və xoşbəxtliyi” göstərdi.

Əvvəlki prezidentlər isə fərqli mövqelərlə çıxış ediblər. İkinci prezident Robert Köçəryan qısa müraciətində “müstəqilliyin gələcəyinin hər kəsin vətənə sədaqətindən asılı olduğunu” vurğulayıb. Onun sözlərində birbaşa Azərbaycana yönəlik ifadələr olmasa da, “vətənpərvərlik və qərarlılıq” çağırışları işğal dövründəki ritorikanı xatırladır.

Üçüncü prezident Serj Sarkisyan daha revanşist mövqe nümayiş etdirib. O, hazırkı hakimiyyəti “kapitulyantlar və milli satqınlar” adlandırdı, “itirilmiş ərazilər, pozulmuş sərhədlər və “itirilmiş Artsax” ifadələri ilə çıxış etdi. Bu, Azərbaycana qarşı iddiaların hələ də siyasi ritorikada qorunduğunu göstərir.

Birinci prezident Levon Ter-Petrosyan isə qısa təbriklə kifayətlənib və müstəqilliyin “yalnız ermənilərinqurbanları hesabına əldə edildiyini” bildirib.

Beləliklə, Ermənistanın üç sabiq prezidenti – vaxtilə Azərbaycana qarşı aparılan işğalçı müharibələrin siyasi rəhbərlərinin çıxışlarında müharibə dövrünün ritorikasını müxtəlif formalarda yaşatdıqları görünür. Xüsusilə Serj Sarkisyanın “itirilmiş Artsax” ifadəsi açıq şəkildə revanşist yanaşmanı ortaya qoyur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR