İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda keçmiş baş nazir İmran Xan və həyat yoldaşı həbs edilib

 

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini həbs edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə GEO tv məlumat yayıb.

Keçmiş baş nazir və xanımı “Toşaxana Dövlət Xəzinəsindən hədiyyə almaq üçün səlahiyyətlərindən sui-istifadə etmə” ittihamı ilə üzləşib.

Telekanal xəbər verir ki, “Hesablama Məhkəməsi Milli Hesabat Bürosuna iki şübhəlini Adiala həbsxanasında dindirmək üçün göstəriş verib və həmçinin cütlüyün iyulun 22-də məhkəmə qarşısına çıxmasını əmr edib.

Öz növbəsində, eks-baş nazirin və onun həyat yoldaşının vəkili bu həbsin qanunsuz olduğunu bildirib. Vəkilin sözlərinə görə,  onların zaminə buraxılması ilə bağlı müraciətlərinə artıq Ali Məhkəmədə baxılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR