İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda İmran Xanın həbsinə dair order ləğv edilib

Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumatda bildirilib ki, qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Eyni zamanda, İmran Xan davam edən qarşıdurmalar səbəbindən avtomobilini tərk edə bilməsə də, onun məhkəməyə gəlməsi rəsmi olaraq qeydə alınıb.

Qeyd edək ki, bu gün Pakistan polisi İmran Xanın Lahordakı iqamətgahına hücum edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR