İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda yeniyetmə qızı zorlayan gənclərə hökm oxunub

Özbəkistanın Nəvai şəhərində azyaşlı qız bir qrup gənc, o cümlədən polis müstəntiqi tərəfindən zorlanıb.

Musavat.com Kun.uz-a istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən, 2023-cü ilin dekabrında Nəvaidə dondurma salonunun zirzəmisində 2008-ci il təvəllüdlü bir qrup gənc azyaşlı qıza təcavüz edib. Təqsirləndirilən şəxslərin böyüyünün 23, ən kiçiyinin isə 18 yaşı var.

Bildirilir ki, 18 yaşlı oğlan hadisə zamanı məktəbli olub və Nəvaidə attraksionda işləyirmiş. 2023-cü il dekabrın 4-də saat 21 radələrində əvvəllər tanıdığı azyaşlı qız onun yanına gəlib.

Bir müddət söhbət etdikdən sonra gənc yeniyetmə qızı attraksionun yanındakı zirzəmiyə apararaq zorlayıb. Daha sonra başqa üç oğlan zirzəmiyə daxil olub və onlardan biri qızı istintaq zamanı müəyyən edilə bilməyən ünvana apararaq bir neçə gün zorlayıb.

Bu halda hüquq-mühafizə orqanlarının əməkdaşları altı gənc oğlana qarşı cinayət işi açıb. Nəvai məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmü ilə onlardan üçü on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinib.

Daha iki nəfər 3,5 il, biri 4,5 il, biri isə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirilir ki, şəhər polis idarəsinin müstəntiqi istintaq zamanı 2024-cü ilin yanvarında Daşkənddə təkmilləşdirmə kurslarında olarkən bu qızı şəhərə çağırıb və onunla cinsi əlaqədə olub.

Mənbələrin bildirdiyinə görə, işi Nəvai vilayət prokurorluğu açıb, müstəntiq də nəzarətə götürülüb.

Bundan başqa, qızın daha 3 gənc tərəfindən zorlanması ilə bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR