İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda narkotəhlükə - 3 ildə 25 min cinayət işi açılıb, 17 min adam tutulub

2021-ci ildən 2023-cü ilə qədər Özbəkistanda törədilən narkotik cinayətlərinin sayı artıb.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, bu müddət ərzində müvafiq cinayətə cəlb olunan gənclərin payı 23%-dən 31,2%-ə yüksəlib.

Bu barədə parlamentin işçi qrupunun iclasında danışılıb və həmin iclasda gənclər arasında narkomaniyaya qarşı profilaktik tədbirlər müzakirə edilib.

Bu illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə bağlı 25 minə yaxın cinayət işi açılıb, onlara görə 17 mindən çox şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlardan təxminən 5 min nəfəri 30 yaşdan kiçik olub.

Bildirilib ki, əməliyyatlar zamanı psixotrop dərmanların yayılması ilə məşğul olan 52 internet resursu müəyyən edilib. O cümlədən, onlardan 38-i Telegram messencerində fəaliyyət göstərib, 120 min istifadəçi isə onlara abunə olub.

Yada salaq ki, mayın əvvəlində prezident “Narkomaniyaya qarşı mübarizə strategiyası” imzalayıb.

narkon.JPG (48 KB)

Onu da qeyd edək ki, narkotik alveri ilə bağlı durum Orta Asiya respublikalarının hamısında gərgin olaraq olaraq qalır. Əfqanıstanda şəritəçi “Taliban” rejiminin hakimiyyətə gəlməsi də bu ölkədə narkotik maddələr istehsalına, eləcə də onların qonşu ölkələrə, o cümlədən İran vasitəsi ilə Azərbaycana tranzitinin zəifləməsinə təsir göstərməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR