İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda baş verən iğtişaşlara görə 39 müttəhimə hökm oxunub

Özbəkistanda 2022-ci il iyulun 1-2-də Nukus şəhərində kütləvi iğtişaşlar törətməkdə təqsirləndirilən 39 müttəhim barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com Özbəkistan mediasına istinadla xəbər verir ki, cinayət işinə birinci instansiya məhkəməsində Qaraqalpaqıstan Respublikası məhkəməsinin hakimi Dauletbay Razovun sədrliyi ilə baxılıb.

Hökmə əsasən, kütləvi iğtişaşların təşkilində təqsirli bilinən Əzəmət Allanazarov, Asılbek Omirzakov, Dauletkeldi Nadirbayev, Adilbek Sariev, Konqratbai Bekpolatov, Ruslan Baimbetov, Kuanyshbai Bakhiev, Islam Saparov, Zairbek Pirjanov, Raximjan Jumabayev, Aidos Esemuratov, Kuanyshbai Begaliev, Manas Raxmanov, Dauranbek Ramanov, İslam Polatov, İslambek Aitmuratov, Kamal Eşjanov, Nursultan Bayilepesov, Alpamıs Jumabekov  və digərləri müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

 

Onların cəza müddətləri həbsə alındıqları gündən hesablanır. Bir müttəhim cəzasını ciddi rejimli koloniyada, 27 nəfər isə ümumi rejimli koloniyada çəkəcək.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR