İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan: vətəndaşları qumardan qorumaq üçün tədbirlər görülüb

Özbəkistan vətəndaşları qumar platformalarına pul köçürə bilməyəcəklər. Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, bu, dövlət başçısının bu gündən qüvvəyə minən fərmanında nəzərdə tutulub.

Sənədə uyğun olaraq, kommersiya banklarına Özbəkistan vətəndaşlarının bank kartlarından qumar oyunlarının təşkili və keçirilməsi ilə məşğul olan qeyri-rezident təşkilatlara transsərhəd köçürmələr etmək qadağan edilib.

Qumarda qanunsuz iştirak imkanı verən internet resursları İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi tərəfindən müvafiq reyestrə daxil ediləcək.

Yada salaq ki, ötən il Özbəkistan Ədliyyə Nazirliyi qumar oyunlarının təşkili, təbliği və iştirakına görə məsuliyyətin gücləndirilməsini təklif etmişdi. Qumar oyunları təşkil edənlər yüksək məbləğdə cərimə ilə cəzalandırılmalı idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR