İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan lideri: "Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik"

"Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik".

Musavat.com xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə deyib.

Şavkat Mirziyoyev bildirib:

"Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir.

Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər. Fikrimcə, ona görə ki, bizim çox ciddi niyyətlərimiz var".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR