Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu ərazisində yaşadıqları evdə iki qızına qarşı əxlaqsız hərəkətlər etmiş 42 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib.
Barəsində Cinayət Məcəlləsinin 153.3-cü (16 yaşa çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər - onu tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılmış Natiq Zamanova (ad-soyad şərtidir) hökm oxunub.
Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə N.Zamanov törətdiyi əməlləri etiraf edib və özünü təqsirli bilib. Onun valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı evdə zor tətbiq etmədən 2 övladına qarşı əxlaqsız hərəkətlər törətməsi qeyd edilib. Məlum olub ki, qızlar təhsil aldıqları orta məktəbdə psixoloqla söhbət zamanı atalarının əməlləri barədə danışıblar. Daha sonra direktora bu barədə bildirilib və yeniyetmələrin anası məlumatlandırılıb.
Məktəbdən Abşeron Rayon İcra Hakimiyyətinə və oradan sığınacağa göndərilən qızlar bir müddət psixoloji yardım alıblar.
Məhkəmədə hər iki qız və anaları Natiqdən şikayətçi olmadıqlarını və onunla barışdıqlarını bildiriblər.
Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə N.Zamanova 2 il 2 ay həbs cəzası verilib./Qafqazinfo
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ