Onlayn ictimai-siyasi qəzet
Bakıda azyşlı qızına işğəncə verən ana tapılıb.
Musavat.com bildirir ki, Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında məlumat yayıb.
Xatırladaq ki, sosial şəbəkədə ananın övladını küncə qoyub, şiddət göstərdiyini etiraf etməsi ilə bağlı videogörüntü yayılmışdı.
Videoda ana uşağını çubuqla döydükdə incitmədiyi üçün naqillə vurduğunu deyib. O, həmçinin qeyd edib ki, uşağın bədənində sağlam yer yoxdur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) uşağın anası Fatimə Ramazanovanın saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə araşdırmalar başladılmışdı.
Xalidə Gəray
Musavat.com
05 Mart 2025
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ