İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kriştiano Ronaldoya İranda 99 şallaq vurulacaq”

Molla rejimi futbol ulduzunu zinada ittiham edir?

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsir" futbol klubunun tərkibində Asiya futbol çempionatı ilə bağlı Tehrana getməyib. Niyə getməyib? Bəziləri iddia edir ki, 2023-cü ilin sentyabrında Kriştiano Ronaldo Tehranda olarkən əngəlli rəssam xanım Fatima Hamimi ilə görüşüb. Görüş zamanı futbolçu xanım rəssamı qucaqlayıb, onu öpüb. İran qanunlarına görə isə ərli qadının yad birisi tərəfindən qucaqlanıb öpülməsi zina sayılır. Bu hərəkətə görə Ronaldoya 99 şallaq zərbəsi vurulmalıdır. Bu xəbəri Britaniyanın "The Daily Mail" qəzeti yayıb.

İranın Səudiyyə Ərəbistanındakı səfirliyinin mətbuat katibi isə bu iddianı yalanlayıb. O, bildirib ki, Kriştiano Ronaldoya 99 şallaq zərbəsi vurulacağı ilə bağlı deyilənlər böhtandan başqa bir şey deyil: “Biz İranda hər hansı beynəlxalq səviyyədə tanınan idmançıya qarşı hər hansı məhkəmə qərarının veriləcəyi ilə bağlı deyilənləri qətiyyətlə rədd edirik”. 

Screenshot_2.png (766 KB)

Britaniya nəşri onu da bildirir ki, Kriştiano Ronaldo əslində fiziki travma aldığına görə Tehranda keçiriləcək oyuna qatıla bilməyib.

Mənbə: https://www.dailymail.co.uk/sport/football/article-14457675/Cristiano-Ronaldo-Al-Nassr-Iran-Asian-Champions-League-lashes.html

 

Elbəyi Həsənli. Sürix

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR