İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Baş naziri: Avropa Ukraynaya ABŞ yardımını əvəz etməlidir

Fransanın Baş naziri Fransua Bayru Avropa ölkələrini Ukraynaya hərbi dəstək üçün bütün imkanları səfərbər etməyə çağırıb.

Musavat.com xəbər verir ki, Fransız parlamentində çıxışı zamanı Bayru ABŞ administrasiyasının Ukraynaya hərbi yardımını dayandırdığını vurğulayaraq, Avropanın bu boşluğu doldurmalı olduğunu bildirib.

Onun sözlərinə görə, “Ukrayna üçün yola salınmış qatarlar hərəkətsiz qalıb və təyinat nöqtəsinə çata bilmir”. Baş Nazir Ukraynanın döyüş sursatlarına, bir sıra kəşfiyyat sistemlərinə və kommunikasiya şəbəkələrinə ehtiyacı olduğunu qeyd edib.

"Bu vəziyyət bizi öz modelimiz, prioritetlərimiz və dünyaya baxışımız barədə yenidən düşünməyə vadar edir. Biz illər boyu tanıdığımızı düşündüyümüz dünyanın əslində daha təhlükəli olduğunu və müttəfiq hesab etdiklərimiz tərəfindən təhdid oluna biləcəyini anlayırıq", – deyə Bayru deyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR