İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ukrayna QALMAQALLI SAZİŞİ imzalamağa hazırlaşır - Tramp valı dəyişdi

ABŞ Prezidenti Donald Tramp administrasiyası və Ukrayna mübahisəli mineral sazişini imzalamağa hazırlaşır.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu barədə məsələ Oval kabinetdə baş tutan uğursuz görüşdən sonra müzakirə edilib. Görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Vitse-prezident JD Vens Ukrayna lideri Volodimir Zelenskini sərt tənqid edərək, onun ABŞ-ın dəstəyinə görə minnətdarlıq bildirməli olduğunu vurğulayıblar.

"Üçüncü Dünya Müharibəsi ilə oynayırsan", – Tramp Zelenskiyə deyib.

Mənbələrin məlumatına görə, Tramp çərşənbə axşamı Konqresə ünvanlanacaq çıxışında sazişin razılaşdırıldığını elan etmək istəyir. Lakin sənədin hələ imzalanmadığı və prosesin dəyişə biləcəyi qeyd edilir.

Saziş keçən həftə imzalanmalı idi, lakin Oval kabinetdə keçirilən gərgin görüşdən sonra təxirə salınıb. Tramp administrasiyası Ukrayna tərəfi ilə danışıqları davam etdirir və Zelenskinin açıq şəkildə üzr istəməsinin sazişin imzalanmasına töhfə verə biləcəyini vurğulayır.

Zelenski çərşənbə axşamı X sosial şəbəkəsində açıqlama yayaraq görüşü “təəssüfləndirici” adlandırıb və Ukraynanın danışıqlar masasına əyləşməyə hazır olduğunu bildirib:

“Cümə günü Vaşinqtonda, Ağ Evdə keçirilən görüş istədiyimiz kimi olmadı. Lakin Ukrayna danışıqlara başlamağa və daimi sülhə nail olmağa hazırdır”.

Məlumata görə, yeni sazişin detalları hələ tam bəlli deyil. Əvvəlki sənəddə Ukrayna üçün təhlükəsizlik təminatları nəzərdə tutulmurdu. ABŞ-a isə Ukraynanın təbii sərvətlərindən gəlir əldə etmək hüququ verilirdi. Eyni zamanda, Ukrayna hökuməti dövlətə məxsus təbii resursların gələcək monetizasiyasının 50%-ni ABŞ-Ukrayna tərəfindən idarə olunacaq bərpa fonduna yönəltməli idi.

Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında Ukraynanın daha minnətdar olması gərəkdiyini vurğulayıb:

“Bu ölkə [ABŞ] Ukraynanın yanında olub, onlara Avropadan daha çox yardım göstərib. Halbuki Avropa daha çox dəstək verməli idi”, – deyə Tramp bildirib. 

Mənbə: https://www.reuters.com/world/us-ukraine-prepare-sign-minerals-deal-tuesday-sources-say-2025-03-04/

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR