İnsanlara hürriyət, millətlərə istiqlal!

35 yaşlı memar yoxa çıxdı - Son dəfə göldə... - FOTO

İstanbulun Kağıthane Gültəpə məhəlləsində 35 yaşlı memar Ece Gürel 2 gün əvvəl itkin düşüb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, ailəsi martın 1-də polisə müraciət edərək itkin düşən memar barədə şikayət edib. Ece Gürelinin sonuncu dəfə Belqrad meşəsində göl kənarında şəkil çəkdirdiyi bildirilir.

Axtarışlar Belqrad meşəsində davam edir və sonuncu telefon siqnalı oradan gəlib. Axtarışlara AFAD, jandarma və axtarış-xilasetmə qrupları qatılıb. Ece Gürelinin həyat yoldaşı Sezer Gülər həyat yoldaşının iş yerində problem yaşadığını və "İstefa verəcəyəm" dediyini söyləyib.

Ece Gürelinin atası Məhərrəm Koçoğlu isə bildirib ki, sonuncu dəfə Ece ilə görüşüb və o, Belqrad meşəsinə gəzməyə getdiyini söyləyib.

Ailəsi və axtarış qrupları itkin düşən memarın tapılması üçün ümidlə gözləyirlər.

1267059(2).jpg (32 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR