Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 31-dək fəaliyyət göstərməyəcək.
Musavat.com xəbər verir ki, səfirlikdən verilən rəsmi məlumata görə, bu qərar Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli qərarına əsasən qəbul edilib. Səbəb kimi Novruz və Ramazan bayramlarının qeyri-iş günləri elan edilməsi göstərilib.
Qeyd edilib ki, göstərilən tarixlərdə konsulluq xidməti dayandırılacaq və vətəndaşlara yalnız təcili hallarda dəstək göstəriləcək. Normal iş rejiminə isə aprelin 1-dən etibarən qayıdılacaq.
Musavat.com
05 Mart 2025
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ