Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin İrəvanda keçirilən iclasında baş nazir Nikol Paşinyanın keçmiş tərəfdaşı, deputat Ovik Ağazaryanın cinayət təqibinin başlanmasına razılıq verilməsi məsələsinin müzakirəsi başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu müvafiq vəsatətlə çıxış edib.
Ağazaryan xırdabuynuzlu mal-qara ixracında iki sahibkarın müdafiəsini təmin etməkdə şübhəli bilinir. Belə ki, iş materiallarına görə, deputat iş adamlarına qanuni prosedurlardan yayınaraq külli miqdarda xırdabuynuzlu mal-qaranın BƏƏ-yə ixracını təşkil edəcəyini vəd verərək onlardan 200-300 min dollar tələb edib.
Erməni deputat ittihamları rədd edir.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ