İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Rusiyaya gedib qanuni qeydiyyata düşənlərin sayı 23 faizdən çox azalıb

2023-cü ildə Rusiyaya xaricdən 560,4 min nəfər gəlib. Bu, 2022-ci illə müqayisədə 23,2 faiz azalma deməkdir. Gələnlərin əksəriyyəti – 31 faizi Tacikistanın əmək qabiliyyətli, ali təhsili olmayan sakinləridir.

Musavat.com xəbər verir ki, bu məlumat Rosstatın "Rusiya Federasiyasının əhalisinin sayı və miqrasiyası" bülletenində təqdim olunur.

Rosstatın məlumatına görə, 2023-cü ildə Rusiyaya gələn beynəlxalq miqrantların 55 faizi kişilər, 45 faizi qadınlar olub. Onların 76 faizii əmək qabiliyyətli yaşdadır.

Ötən il Rusiyaya gələnlərin arasında say etibarilə ikinci yeri Qırğızıstandan olanlar (10 faiz), üçüncü yeri Ukrayna, Ermənistan və Qazaxıstan (hər biri 9 faiz), dördüncü yerdə Özbəkistan və Azərbaycan (hər biri 4 faiz) tutur.

Rusiyaya gələn əcnəbi vətəndaşların əsas hissəsinin (39 faiz) orta ümumi təhsili var. İkinci yerdə orta ixtisas təhsili olanlar (22 faiz) qərarlaşıb. Onların 9 faizdən çoxunun ali peşə təhsili yoxdur. Rosstat miqrantların 1,9 faizi arasında ibtidai məktəb səviyyəsində təhsil və ya onun tam olmamasını qeyd edib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında qanunu pozan 65 min əcnəbi Rusiyadan çıxarılıb, daha 120 min əcnəbi vətəndaşın ölkəyə girişinə icazə verilməyib. 2023-cü ildə Rusiyadan 110 minə yaxın insan qovulub ki, bu da əvvəlki illərlə müqayisədə təxminən iki dəfə çoxdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR