İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il də müəllimi bıçaqlamışdı - Tovuzdakı kütləvi davanın səbəbkarı həbsxanadan necə çıxıb? – ŞOK DETALLAR  


Xəbər verdiyimiz kimi Tovuzda kütləvi dava olub. Hadisə ötən gün qeydə alınıb.
Rayonun Məşədilər kənd sakini 1988-ci il təvəllüdlü Canpolad Xanmirzəyev Çapay oğlu və 2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu aralarında yaranmış şəxsi münasibətlər zəminində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Musavat.com baş verən hadisə ilə bağlı bəzi detalları əldə edib. Məlum olub ki, bıçaqlanmanın əsas iştirakçılarından olan Canpolad Xanmirzəyev hələ ötən il aprelin 22-də eyni əmələ görə həbs olunubmuş. O, Köhnəqala kəndindəki çayxanada müəllim işləyən 1989-cu il təvəllüdlü Elsevər Alıyevi bıçaqlayıb.

Mübahisə üzündən baş verən hadisə zamanı C. Xanmirzəyev E.Aliyevin ona döş qəfəsinin sağ ön səthinin və sol qoltuq altı nahiyənin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib.
C.Xanmirzəyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) ittiham irəli sürülmüşdü.

Bu ilin avqustunda isə Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarmışdı.
Köhnəqala kənd sakinlərindən birinin iddia etdiyinə görə, C. Xanmirzəyev bir il həbsdə qaldıqdan sonra azadlığa çıxıb.

“Bir də gördük ki, qəfil kənddə peyda oldu. Ailədə iki övlad olublar. Qardaşı rəhmətə gedib. Daima kənddə ətrafdakılara təhlükə yaradıb, mübahisələrin içində olub. Sonuncu hadisə də avtoritetlik üstündə olub. Bıçaqladığı şəxslərə “bura mənim ərazimdir” deyə hədə-qorxu gəlib. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca onlar maşında əyləşərkən hər iki şəxsi bıçaqlayıblar. Bizə hələ də qəribə gəlir ki, o, həbsxanadan necə azad olunmuşdu”,-deyə kənd sakini bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR