İnsanlara hürriyət, millətlərə istiqlal!

"Orta məktəblər məktəbli formalarının tərkibini ixtisar edə bilməz" - Emin Əmrullayev

Məktəbli formaları bizə aid deyil. Məktəbli məktəbə formada gəlməlidir. Bu, məktəb daxilində bərabərsizliyi aradan qaldırıb, nizam-intizam gətirir.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, nazirlik yalnız formaların elmentlərini müəyyən edib: "Bizim işimiz formaları tənzimləməkdən ibarətdir. Formaların qiyməti bazardakı digər geyimlərin qiymətindən fərqlənmir. Ümumiyyətlə, formaların satışı elm və təhsil mövzusu deyil. Bu, iqtisadi münasibətlər mövzusudur. Şagirdin məktəbə forma ilə gəlməsi məktəbin tənzimləyəcəyi addımdır".

Nazir qeyd edib ki, orta məktəblər məktəbli formalarının tərkibini ixtisar edə bilməz: "Əgər hər hansı məktəb direktoru məktəbli formalarından hər hansı elementi (şalvar/ətək və s.) çıxarırsa, valideynləri həmin məktəblə bağlı yerli təhsil idarələrinə məlumat verməsini xahiş edirik".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR